Aparıcı çip istehsalçısının səhmlərinin qiyməti rekord həddə çatıb | Banco.az

Aparıcı çip istehsalçısının səhmlərinin qiyməti rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nvidia” şirkətinin səhmləri 2024-cü ildə 46 faiz artıb.

Banco.az xəbər verir ki, Kaliforniyada yerləşən çip istehsalçısı “Nvidia”nın səhmləri süni intellekt çiplərinə olan tələbin təsiri ilə ilin əvvəlindən bəri 45,8 faiz bahalaşıb.

Cəmi 8 ticarət günü keçməsinə baxmayaraq, çip istehsalçısı “Nvidia”nın səhmlərində fevral ayı üzrə artım təxminən 18 faiz ollaraq hesablanıb.

İlə 500 dollardan bir qədər aşağı başlayan şirkətin səhmlərinin 2024-cü ilin əvvəlindən bu yana 45,89 faiz dəyər qazanması isə diqqət çəkib.

Bununla yanaşı, şirkətin səhmləri gün ərzində 746,11 dollara qədər bahalaşmaqla bu vaxta qədərki ən yüksək səviyyəsinə çatıb. Beləliklə, şirkətin bazar dəyəri gün ərzində 1,82 trilyon dollara çataraq “Amazon”u qısa müddətə geridə qoyub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Nvidia”nın bazar dəyəri ötən ilin may ayında süni intellekt çiplərinə artan tələbin təsiri ilə 1 trilyon dollara çatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram