Aparıcı bankın strateqi investorların təklükəsiz aktivlərə yönəlməyini tövsiyə edib | Banco.az

Aparıcı bankın strateqi investorların təklükəsiz aktivlərə yönəlməyini tövsiyə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” Qlobal Bazar Strateqi Marko Kolanoviç düşünür ki, investorlar təhlükəsiz liman axtarmalıdırlar.

Banco.az xəbər verir ki, “JPMorgan” Qlobal Bazar Strateqi Marko Kolanoviç bildirib ki, Yaxın Şərqdəki münaqişələrlə artan geosiyasi gərginlik yüksək faiz dərəcələri səbəbindən təzyiq altında olan riskli aktivlər üçün “qarşı tərəfdir” və investorlar təhlükəsiz liman axtarmalıdırlar.

Bankın oktyabrın 16-da müştəriləri ilə paylaşdığı qeyd mətninə görə, Kolanoviç artan geosiyasi risk, ucuz qiymətləndirmə və yerləşdirmənin aşağı olduğunu əsas gətirərək portfelindəki dövlət istiqrazlarının çəkisini 1 faiz artırıb.

Strateq bildirib ki, istiqrazların minimum səviyyəyə qədər ucuzlaşıb-ucuzlaşmadığı hələ də qeyri-müəyyəndir. Kolanoviç həmçinin bankların üçüncü rüb üzrə balans hesabatlarının, böyük ehtimalla müsbət nəticələr əks etdirəcəyini proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et