Antalyaya turist axını davam edir | Banco.az

Antalyaya turist axını davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Antalyaya 7 ay ərzində 8 milyon 184 min 89 turist səfər edib.

Banco.az xəbər verir ki, dünyanın hər yerindən turistləri özünə cəlb edən Türkiyənin Antalya şəhərində turizm aktivliyi artmaqda davam edir.

Mədəniyyət və Turizm Şəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, 1 yanvar - 31 iyul tarixləri arasında hava yolu ilə Antalyaya gələn xarici turistlərin sayı 8 milyon 184 min 89 olub. Bu. indiyə qədərki ən yüksək 7 aylıq turist axınıdır.

Ötən ilin eyni dövründə 6 milyon 688 min 513 turisti qəbul edən şəhərin bu ilki turist sayında 22 faiz artım qeydə alınıb.

Ən çox turist göndərən ölkələrin siyahısında isə 1 milyon 853 min 879 turistlə Rusiya birinci yerdədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram