Ankara Türkiyə vətəndaşlığı üçün yeni qaydaları AÇIQLAYIB | Banco.az

Ankara Türkiyə vətəndaşlığı üçün yeni qaydaları AÇIQLAYIB

Bu gün (19 sentyabr) “Rəsmi Gazete” – də dərc olunan prezident fərmanına əsasən Türkiyə hökuməti ölkəyə investisiya qoyuluşunu dəstəkləmək məqsədilə xaricilərin Türk vətəndaşlığını əldə etməsi üçün müəyyən edilmiş tələbləri əhəmiyyətli dərəcədə azaldıb.

Xaricilərin Türk vətəndaşlığı əldə etməsi üçün müəyyən edilmiş kapital qoyuluşunun aşağı sərhədi 2 milyon dollardan 500 000 dollara endirilib.

Türkiyə Respublikasında minimum 250 000 dollar dəyərində daşınmaz əmlaka sahib olan xaricilər Türk vətəndaşlığından yararlana biləcəklər.

Xaricilərin Türkiyə banklarında minimum 3 milyon dollar dəyərindəki depozit tələbi də həmçinin azaldılaraq 500 000 dollara endirilib.

Ən sərfəli kredit üçün müraciət et

Minimum 50 nəfər işçisi olan xarici iş adamları da həmçinin Türk vətəndaşlığı ala biləcəklər.  Qeyd edək ki, yeni qaydalardan əvvəl bu tələb minimum 100 nəfər idi.

Xarici investorlar, Türk vətəndaşlığı üçün tələb edilən meyarlara cavab vermək üçün ən azı 3 il müddətində hazırkı mülkiyyətlərini saxlamalı və ya maliyyə qoyuluşu üçün minimum tələbi qarşılamalıdırlar.

Tamara Mustafayeva, Banco.az