Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti bu ilin birinci rübündə 30 321 unsiya gümüş hasil edib. Bu, illik müqayisədə 4,7 dəfə çoxdur.
Banco.az şirkətə istinadən xəbər verir ki, şirkət 2024-cü ilin eyni dövründə 6 405 unsiya gümüş hasil edib.
Əlavə edək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!