Müəllif:Ayşən İmanova/Banco.az
“Android” sistemi ilə işləyən telefonlar oğurlandıqları təqdirdə öz-özünə bloklanacaq.
Banco.az xəbər verir ki, bu ilin sonunda “Google” "Android 15" əməliyyat sistemi üçün mobil telefon oğurluğu və fırıldaqçılıqla mübarizə məqsədilə yeni funksiyalar paketini işə salacaq.
Əsas yenilənmələr arasında oğruların cihaza daxil ola bilməməsi üçün telefonun ekranını avtomatik olaraq kilidləyəcək “Theft Detection Lock” xüsusiyyəti olacaq.
Bundan əlavə, “Google” cihaz yanlış əllərə düşərsə, xüsusi android.com/lock saytı vasitəsilə telefonun ekranını uzaqdan kilidləmək imkanını açıqlayıb. Bu funksiya "Google Play" Xidmətlərini yenilədikdən sonra "Android 10" və daha sonra işləyən smartfonlar üçün əlçatan olacaq.
"Android 15" həmçinin, həssas proqramları və məlumatları saxlamaq üçün smartfonunuzda ayrıca şifrələnmiş yaddaş sahəsi yaratmağa imkan verən “Şəxsi Məkanlar” funksiyasını təqdim edir. Bu sahəyə yalnız unikal PİN kodu ilə daxil olmaq mümkün olacaq.
Qeyd edək ki, Android 15-in son versiyasının buraxılışı bu ilin payızında planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!