“Android” Azərbaycanda ən çox istifadə olunan əməliyyat sistemi olub | Banco.az

“Android” Azərbaycanda ən çox istifadə olunan əməliyyat sistemi olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əməliyyat sistemlərinin aprel ayında Azərbaycan üzrə bazar payı məlum olub.

Banco.az xəbər verir ki, ölkəmizdə ötən ay ən çox istifadə edilən əməliyyat sistemi “Android” olub.

Ötən ay bu əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı 62.28%-ə bərabər olub. İkinci ən çox bazar payı olan əməliyyat sistemi “Windows” (19.75%), üçüncü sırada isə iOS-dur (12.23%). 

Qeyd edək ki, ötən ay “Android” yalnız Azərbaycanda deyil, qlobal miqyasda da ən çox bazar payı olan əməliyyat sistemi olub (43.35%). 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et