“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələri təqdim olunub | Banco.az

“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələri təqdim olunub

2 dekabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinintəqdimat mərasimi keçirilib.

Tədbirdə UNİCEF-invə Agentliyin nümayəndələri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (Nazirlik) məsul əməkdaşları,Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının, aidiyyəti dövlət,  qeyri-dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan UNİCEF-inAzərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib: 

"Biz UNICEF olaraq hesab edirik ki, informasiya-kommunikasiya texnologiyalarının gündən-günə inkişaf etdiyi bir dünyadayeniliklərə doğru irəliləməkçox vacibdir və yeni yanaşmalardan istifadə edərək zəruri xidmətlərə çıxışı artırmaq, həyat qurtaran məlumatları çatdırmaqən öndə duran məsələlərdən biridir. Bu səbəbdən sağlamlıq haqqında vacib məlumatları hamilə qadınlara çatdırmaq üçün bir araya gələn  Agentliyin, Nazirliyin və mobil operatorların tərəfdaşlığına çox şadıq”.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev öz növbəsində ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində aparılan islahatlardan söz açıbvə uşaq sağlamlığının qorunmasının Agentliyin diqqətində olan mühüm məsələlərdən biri olduğunu vurğulayıb. O həmçinin SMS maarifləndirmə üzrə pilot layihənin ana və hamilə qadınların bilik, vərdiş və davranışlarında müsbət dəyişikliklərə, tibb işçiləri ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsinəsəbəb olduğunu bildirib.  

Bundan sonra, SMS ismarıc paketini almış hamilə qadınların, layihə icraçılarının layihə ilə bağlı təəssüratlarındanbəhs edən videofilmnümayiş olunub.

Tədbirin davamı olaraq, layihənin koordinatoru, UNİCEF-inİnnovasiya və Texnologiya üzrə mütəxəssisi Rüstəm Cabbarov layihənin ilkin mərhələsinin nəticələrini təqdimedib. O həmçinin layihənin tətbiqi ilə bağlı Mingəçevir şəhərində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərində qeydiyyat sisteminin qurulması və göstərilən xidmətin keyfiyyətinin yoxlanılması məqsədilə icra olunan tədbirlər haqqında ətraflı məlumat verib.

İştirakçılara bildirilib ki, SMS ismarıcınmaarifləndirmə vasitəsi kimi təsir gücünün sınanması da layihənin hədəflərindən biridir. Bu məqsədlə ismarıc paketini almış hamilə qadınların bilik və vərdişlərində yaranmış dəyişiklikləri müəyyən etmək üçün oktyabr -noyabr aylarında 273 abunəçi arasında telefon sorğusu keçirilib. Sorğular nəticəsində məlum olub ki, 62 faiz sorğuçu ona göndərilmiş SMS-lərdən ən azı birini xatırlayır. SMS-lərdən sonra vərdiş və davranış dəyişikliyi 30.8 faiz təşkil edib. Hamilə qadınların ən çox xatırladıqları mövzular ana südü, keysəriyyə kəsiyi və müayinə həftələri ilə bağlı olub.

Daha sonra tədbir panel müzakirələrlə davam edib. Panel sessiyada çıxış edən Rüstəm Cabbarov, Agentliyin məsul əməkdaşı Aynurə Rəşidova və NazirliyinRabitə sahəsinin tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Zakir Qasımovtədbir iştirakçılarınımaraqlandıran sualları cavablandırıblar. Z.Qasımov öz növbəsindəbildirib ki, Nazirlik  tərəfindən edilən koordinasiya nəticəsində ölkənin aparıcı mobil operatorları korporativ sosial məsuliyyətləri çərçivəsində abonentlərə göndərilən SMS-lərin xərclərini öz üzərilərinə götürməklə sözügedən layihəyə dəstək olublar.

Tədbirin sonunda gələn ildən icbari tibbi sığortanın tətbiq olunacağı regionlardada sözügedən layihənin həyata keçirilməsi və bununla bağlı, aparıcı mobil operatorlar ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsi müzakirəyə çıxarıldı.

Qeyd olunmalıdır ki, SMS maarifləndirmə üzrə pilot layihə UNİCEF və Agentlik arasında imzalanan Anlaşma memorandumu çərçivəsində həyata keçirilir. Layihənin ilkin mərhələsi cari ilin sonunda başa çatacaq.Layihə müddətində Mingəçevir şəhəri Ailə Sağlamlıq Mərkəzlərində qeydiyyatdan keçən və  SMS almağa razılıq verən 524-dən çox hamilə qadına hamiləliyin ilkin vaxtlarında­ zəruri müayinələrdən keçmək,müvafiq pəhriz, həftələr və trimesterlər üzrə körpənin ana bətnindəki inkişafı və doğumdan sonra ana südü ilə qidalanmanın əhəmiyyəti barədə 61 SMS -likmaarifləndirmə paketi təqdim edilib. SMS mətnlərin hazırlanmasında Respublika Perinatal Mərkəzi, UNICEF və SMS xidməti üzrə ekspertlər çalışmışlar.

Layihə 2020-ci ilin aprel ayında başa çatacaq.