Amrahbankın mənfəətində ciddi artım var | Banco.az

Amrahbankın mənfəətində ciddi artım var

Amrahbankın valyuta əməliyyatlarından olan gəlirləri digər fəaliyyət sahələrindən olan gəlirlərini üstələyir. Bu haqda Banco.az portalı bankın “Mənfəət və zərər” haqqında hesabatına istinadən məlumat verir.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 58% azalaraq, 7,318 mln manatdan 4, 622 mln manata enmişdir. Bankın xalis faiz əməliyyatlarında zərəri -131 638 manat təşkil etmişdir. Amma buna rəğmən ötən illə müqayisədə bankın xarici valyuta əməliyyatları üzrə xalis gəlirləri 931 mindən 2,009 milyon manata yüksəlib. Bunun sayəsində Amrahbankın əməliyyat mənfəəti müsbət, 1,450 mln manat civarında formalaşıb. Bu göstərici də ötən ilin birinci rübündən xeyli yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın  cəmi aktivlərində və kredit portfelində müvafiq olaraq, 12% və 15% azalma qeydə alınıb. Bununla yanaşı bankın kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatları 93% artaraq, 22 mln 335 min manata çatmışdır.  

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et