“AmrahBank” maliyyə göstəricilərini açıqladı | Banco.az

“AmrahBank” maliyyə göstəricilərini açıqladı

“Amrahbank”ın gəlirləri artıb, xərcləri azalıb. Gəlirlərin artması və xərclərin azalması hesabına Bankın zərəri kəskin azalıb.

“Amrahbank” ASC 2019-cu ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

2019-cu ilin yanvar-mart dövründə “Amrahbank”ın cəmi gəlirləri 4 milyon 273 min manat, cəmi xərcləri isə6 milyon 303 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 2 milyon 30 min manat zərər yaranıb. Kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyyatlardan 335 min manat azad olduğundan zərər 1 milyon 694 min manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci rübündə “Amrahbank”ın cəmi gəlirləri 3 milyon 587 min manat, xərcləri 8 milyon 971 min manat təşkil etmişdi. Xərclər gəlirləri üstələdiyindən “AmrahBank” ilk rübü 5 milyon 384 min manat zərər ilə başa vurmuşdu. Beləliklə, ötən ilin 1-ci rübü ilə müqayisədə Amrahbank”ın zərəri 2 dəfədən çox azalıb.

31 Mart 2019-cu il tarixində “Amrahbank” 202 milyon 121 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 107 milyon 458 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et