“Amrahbank” faiz gəlirlərini 5 dəfədən çox artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Amrahbank” faiz gəlirlərini 5 dəfədən çox artırıb

“Amrahbank” ASC  2019-cu ilin son 5 ayı ərzində də bəzi maliyyə göstəricilərində də müsbət nəticələrə nail olmuşdur.

2019-cu ilin  5 ayı ərzində “Amrahbank”ın faiz gəlirləri 2018-ci ilin 5 ayı ilə müqayisədə  3,2 dəfədən çox artaraq 10 milyon 488 min manat təşkil etmişdir. Əməliyyat gəlirləri müvafiq dövrlə müqayisədə 3 milyon 104 min manatdan çox olmuşdur. 2019-cu ilin 5 ayı ərzində haqq və komissiya gəlirləri isə ötən ilin 5 ayı  ilə müqayisədə 16,14% artaraq 1 milyon 530 min manat təşkil etmişdir.

2019-cu ilin 5 ayı ərzində Bankın kredit portfeli 2018-ci ilin 5 ayı ilə müqayisədə 9 milyon 938 min manat artaraq, 2019-cu ilin 5 ayında 119 milyon 492 min manat təşkil etmişdir.

"Hər bir bankda olduğu kimi “Amrahbank”ın fəaliyyətində də müştəri etimadı faktorunun göstəricisi kimi depozit portfeli müstəsna əhəmiyyət kəsb edir. Belə ki, 2019-cu ilin 5 ayı ərzində “Amrahbank”ın cəlb olunmuş vəsaitlərində də artım müşahidə olunmuşdur. 2019-cu ilin 5 ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin əmanətlərinin həcmi də 13%-ə qədər artmışdır", - məlumatda deyilir.