Amrah Sığorta-nın maliyyə vəziyyəti məlum oldu | Banco.az

Amrah Sığorta-nın maliyyə vəziyyəti məlum oldu

Amrah Sığorta 1 yanvar 2018-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Sözügedən dövrdə şirkətin cəmi aktivləri 6,735 mln. manat olub. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 4,6% azdır. Aktivlərin 19,784 min manatını uzunmüddətli aktivlər, 6,715 mln. manatını isə qısamüddətli aktivlər təşkil edib.

Sığorta şirkətinin cəmi öhdəlikləri isə 1 il ərzində 40%-ə qədər azalaraq 767,5 min manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Amrah Sığorta-nın cəmi kapitalında isə artım müşahidə olunub.

Belə ki, şirkətin kapitalı ilin əvvəlindən 2,5% və ya 148 min manat artaraq 5,967 mln. manat olub. 

Ötən il ərzində, 1,261 mln. manat cəmi gəlirləri, 765 min manat cəmi xərcləri olan Amrah Sığorta, 2017-ci ili 496 min manat xalis mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et