"Amrah Bank" və "Atabank"ın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlandı | Banco.az

"Amrah Bank" və "Atabank"ın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlandı

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Amrah Bank" və “Atabank” ASC-lərin əmanətçilərinə 1-10 iyun tarixlərində 47,1 milyon manat kompensasiya ödəyib.

Banco.az bu barədə Fonda istinadən xəbər verir.

Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. 

“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et