Amerikanın ən varlı insanları nə qədər pul qazanır? | Banco.az

Amerikanın ən varlı insanları nə qədər pul qazanır?

Ölkənin ən varlı insanlarının siyahısına, yəni əhalinin 1%-lik qisminə daxil olmaq üçün amerikalılar ildə ən az 500 000 dollar qazanmalıdırlar. Vergi ödəyicilərinin “elit qrup”una daxil olmaq üçün isə ən az 63,4 milyon dollar gəlirləri olmalıdır. Uoll-stritdə etirazlar baş qaldırandan sonra bu məbləğ 50%-dən çox artıb.

“Bloomberg” yazır ki, ABŞ-ın ən böyük kapitalı olan 1% vergi ödəyicilərinin sırasına daxil olmaq üçün tələb olunan illik gəlirin məbləği 515,371 dollar təşkil edib. Bu, ABŞ-ın Vergilər idarəsinin 2017-ci ildə nəşr etdiyi məlumatlarda əks olunub. İnflyasiya düzəlişləri edildikdən sonra məbləğ 2016-cı ilin göstəriciləri ilə müqayisədə 7,2% artıb.

Həmçinin oxu: İqtisadiyyat üzrə Nobel mükafatçısı Daniel Kahnemandan maraqlı fikirlər

2017-ci ildə vergi ödəyicilərinin 0,1%-lik şərti reytinqinə daxil ola bilmək üçün amerikalılar il ərzində 2,4 milyon dollar qazanmalı idilər. 0,001%-lik “elit qrup”a düşmək üçün isə 63,4 milyon dollar gəlir tələb olunur. “Elit qrup” 1433 nəfəri birləşdirir.

Ən sərfəli kredit üçün müraciət et

Agentlik 2011-ci ilin (o dövrdə “OccupyWall Street” nümayişləri başlayıb) və 2017-ci ilin rəqəmlərini nüqayisə edib. Məlum olub ki, 1%-lik qrupa düşmək üçün məbləğ üçdə bir dəfə, 0,1%-liyə isə 38% artıb.

“Bloomberg” iddia edir ki, amerikalıların 1%-lik zəngin təbəqəsinə aid olan şəxslər vətəndaşların ümumi gəlirlərinin 21%-ni qazanıb və ümumi gəlir vergisinin 38,5%-ni ödəyiblər. Ən varlı amerikalılar reytinqin aşağı hissəsindən 90%-dən çox vergi ödəyiblər. Bu, 29,9% təşkil edir. Amerikalıların yarısı ildə 41 740 dollardan az qazanır. Demək olar ki, bütün gəlir vergisi reytinqin yuxarı yarısından toplanıb — 96,9%.

Həmçinin oxu: Niyə xoşumuza gəlməyən insanlar daha çox uğur qazanır?

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et