Müəllif: Tamara Mustafayeva, Banco.az
Amerikalılar sosial media fırıldaqçılarına 2,1 milyard dollar itiriblər.
Banco.az xəbər verir ki, ABŞ-nin Federal Ticarət Komissiyasının (FTC) yeni hesabatına görə, amerikalılar 2025-ci ildə sosial media dələduzlarına 2,1 milyard dollar itirib.
Qurum bildirir ki, sosial media dələduzluqlarından yaranan itkilər səkkiz dəfə artıb və bu tip fırıldaqçılıq halları dələduzların istehlakçılarla əlaqə qurmaq üçün istifadə etdiyi digər üsullarla müqayisədə daha böyük maliyyə itkilərinə səbəb olur.
Dələduzluq hadisələrində pul itirdiyini bildirən şəxslərin təxminən 30 faizi tələlərin sosial mediada başladığını qeyd edib. “Facebook” üzərindən həyata keçirilən dələduzluq hallarından zərər çəkənlərin sayı digər sosial media platformaları ilə müqayisədə daha çox olub, “WhatsApp” və “Instagram” isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.
Bizi sosial şəbəkələrdən izləyin!!
