Müəllif - Aida İsaq, Banco.az
Yəqin ki, bu ifadəni siz də eşitmisiniz. “Sevgi pul ilə alınmayan ən dəyərli hisslərdəndir.” Ancaq amerikalılar arasında bu ifadənin bir o qədər də məşhur olmadığı məlum olub. Belə ki, amerikalılar bu il sevgililər günündə 25,9 milyard dollar xərcləməyi planlaşdırır. Bu rəqəm ötən ilki 23,9 milyard dollardan çoxdur. Maraqlı məqamlardan biri budur ki, maddi gücünün necə olmasından asılı olmayaraq hədiyyə almaq zərurətə çevrilib. Maliyyə eksperti Pattie Ehsaei isə heç bir halda sevgi üçün borca girməyi məsləhət görmür.
Hesabata görə, 35-44 yaş arası şəxslərin sevgililər gününü qeyd etmək üçün orta hesabla 336 dollar, 25-34 yaş arası şəxslərin 238 dollar xərcləməyi planlaşdırdığı məlum olub. Bəs gəlin görək, amerikalılar hansı hədiyyələrə pul xərcləməyə üstünlük verir.
- Şirniyyat: 57%
- Təbrik kartları: 40%
- Çiçəklər: 37%
- Axşam yeməyi: 32%
- Zinət əşyası : 21%
- Hədiyyə kartları: 20%
- Geyim: 19%
Bizi sosial şəbəkələrdən izləyin!!