Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ikinci əl ev satışları 10-cu ayında da azalıb.
Banco.az xəbər verir ki, Milli Rieltorlar Assosiasiyası (NAR) noyabr ayı üzrə ikinci əl ev satış məlumatlarını açıqlayıb.
Buna görə, ABŞ-da ikinci əl evlərin satışı mövsümi təsirlərdən kənarlaşdırılmış şəkildə aylıq 7,7 faiz azalaraq 4,09 milyon olub. Bu azalmada yüksək ipoteka (mənzil krediti) faizlərinin təsiri özünü göstərir.
Artıq 10-cu ayında da azalmağa davam edən satışların 4,2 milyon səviyyəsində reallaşacağı proqnozlaşdırılırdı.
Qeyd edək ki, ABŞ-da ikinci əl mənzil bazarında evlərin orta hesabla qiyməti noyabr ayında illik 3,5 faiz artaraq 370 min 700 dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!