Müəllif - Aida İsaq, Banco.az
Amerikada iyun ayında əmək haqqı artımı son iki ildə ilk dəfə olaraq qiymət artımını üstələyib.
Banco.az xəbər verir ki, özəl sektorda orta saatlıq əmək haqqı keçən ay illik müqayisədə 4 faizdən çox, istehlak qiymətləri indeksi isə cəmi 3 faiz artıb. Ekspertlərin sözlərinə görə, bu tendensiya davam edərsə, ölkədə istehlak xərcləri artacaq. Bu isə öz növbəsində ABŞ iqtisadiyyatının artımını stimullaşdıracaq və tənəzzülün qarşısını almağa kömək edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!