Amerikada bank iflas etdi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Amerikada bank iflas etdi

ABŞ hakimiyyəti Florida ştatındakı "First National Bank of Crestview" bankının fəaliyyətini dayandırıb.

Bu, 2015-ci ildə ölkədə bağlanmış ilk kredit təşkilatıdır.

Bu bankın aktiv və depozitləri Luiziananın "First NBC Bank"ına keçəcək.

Qeyd edək ki, 2014-cü il sentyabrın 30-na olan məlumata görə, "First National Bank of Crestview" bankının 79,7 milyon dollar həcmində aktivi olub, depozitlərinin həcmi isə 78,6 milyon dollar təşkil edib.

Ötən il ABŞ-da müflis olmuş maliyyə təşkilatlarının sayı 18-ə çatıb. 2013-cü ildə bu göstərici 24 bank təşkil edib.

trend.az