Amerika Rusiyanı G20-dən çıxarmaq niyyətindədir | Banco.az

Amerika Rusiyanı G20-dən çıxarmaq niyyətindədir

Müəllif - Aida İsaq, Banco.az

Birləşmiş Ştatlar Rusiyanı müxtəlif beynəlxalq təşkilatlardan, o cümlədən G20-dən kənarlaşdırmağı planlayır.

Banco.az xəbər verir ki, bu barədə silahlı qüvvələrlə bağlı büdcə layihəsinin izahat materiallarında məlumat verilir. Müvafiq layihənin artıq konqresin hər iki palatasının müvafiq komitələri tərəfindən təsdiqləndiyi qeyd olunur. Bu isə Rusiya Federasiyasının G20-dən, Bank Nəzarəti üzrə Bazel Komitəsindən, Maliyyə Sabitliyi Şurasından, Sığorta Nəzarətçilərinin Beynəlxalq Assosiasiyasından və s.-dən xaric edilməsini özündə ehtiva edir.

Eyni zamanda Rusiyaya qarşı bu addımın qısa zamanda gerçəkləşdirilmısi üçün bütün lazımi tədbirlərin həyata keçiriləcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et