Müəllif:Mehin Qasımova/Banco.az
Qırmızı dənizdəki böhran ABŞ-dan Hindistana neft nəqlini faktiki olaraq dayandırıb.
Banco.az xəbər verir ki, bu barədə Hindistanın "The İndian Express" qəzeti məlumat yayıb.
Məlumata görə, Hindistan neft emalı zavodları yanvar ayında ABŞ neftini almayıb. Halbuki əvvəllər müəssisələr ABŞ-dan gündə orta hesabla 205 min barel neft alırdılar. Nəşr tədarükün kəsilməsinə səbəb kimi, Yaxın Şərqdəki gərgin vəziyyət fonunda yükdaşıma tariflərinin qalxmasını göstərir.
Eyni zamanda, İraqdan Hindistana neft tədarükü gündə 1,19 milyon barel olmaqla iki ilin ən yüksək səviyyəsinə yüksəlib. ABŞ-dan neft idxalında fasilələr də BƏƏ-dən alışların artmasına səbəb olub.Hindistanın ən böyük neft tədarükçüsü olan Rusiyadan neft idxalı yanvarda bir əvvəlki ayla müqayisədə 5,6 faiz artaraq gündəlik 1,53 milyon barel təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!