Tamara Mustafayeva, Banco.az
"Bloomberg"in sorğusunda iştirak edən iqtisadçılar tənəzzül riskinə baxmayaraq, rekord yüksək inflyasiyanın qarşısını almaq üçün Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrini əvvəlki proqnozlardan daha güclü artıracağını gözləyirlər.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, sorğuda iştirak edən iqtisadçılar tənəzzül riskinə baxmayaraq faiz artımının davam edəcəyini düşünürlər.
AMB-nin depozit faizinin 2023-cü ilin mart ayına qədər 2,5 faizə çatacağı gözlənilir. Əvvəlki sorğuda bu gözlənti 1,5 faiz idi. Araşdırmaya görə, AMB oktyabrın 27-də keçiriləcək iclasında faiz dərəcələrini 75 baza bəndi, dekabrda isə 50 baza bəndi artıracaq.
Sorğuda iştirak edənlərin üçdə ikisi qiymət artımı ilə mübarizə aparmaq üçün səlahiyyətlilərin gəlir əyrisinin geridə qaldığını bildirib. Yenə sorğuya görə, 19 üzvlü Avrozonada mümkün tənəzzül faiz artımlarını dayandıra bilməyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!