Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Mərkəzi Bankda “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” müzakirə olunub.
Banco.az xəbər verir ki, b barədə Mərkəzi Bankın sədri Taleh Kazımov “X” səhifəsində paylaşım edib. Qeyd olunub ki, görüşdə maliyyə sektorunun gündəmində olan məsələlər ətrafında müzakirələr aparılıb, həmçinin ekspertlərlə qarşılıqlı dialoqun qurulmasının önəmi vurğulanıb.
Məsələ barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini paylaşıb. O bildirib ki, MB rəhbərinin açıq müzakirə təşəbbüsünü təqdirəlayiq hesab edir:
“Mən müzakirələr əsnasında bir sıra təkliflər verdim. Ələxsusda kredit portfelində regionların payının getdikcə azalmasını əsas gətirərək, bunun çox təhlükəli olduğunu və bu payın artırılmasının təşviq edilməsinə dair digər dövlət qurumları ilə birgə proqramın hazırlanmasını təklif etdim.
Çünki, hər il regionlarının payının azalması bütün sahələrə - məşğulluğa, sosial həyata, iqtisadi aktivliyə, rifaha və s. ciddi təsir edir”.
Ekspert qeyd edib ki, növbəti təklifi regionların payına düşən kredit payının istehlak və biznes üzrə, eləcə də sabibkarlıq meyarları üzrə bölgüsü ilə bağlı olub:
“Kredit portfelinin sahibkarlıq meyarlarına görə bölgüsünün aparılması və ictimailəşdirilməsi hesab edirəm ki, biznesin maliyyələşməyə dair problemlərinin öyrənilməsinə imkan verər.
Ümid edirəm ki, həm regionların maliyyə əlçatanlığının artırılmasına, həm də statistik strukturun təkmilləşməsinə dair addımlar atılacaqdır”.