AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb | Banco.az

AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

2022-ci ildə olduğu kimi 2023-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

Tənzimləyici qurumun yaydığı məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 1-də, martın 29-da, mayın 3-də, iyunun 21-də, iyulun 26-da, sentyabrın 20-də, noyabrın 1-də və dekabrın 20-də açıqlanacaq.

Qərarlardan dördünü qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər fevral, may, iyul və noyabr aylarına nəzərdə tutulub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et