AMB-nin faiz endirimi edəcəyi gözləntiləri artır | Banco.az

AMB-nin faiz endirimi edəcəyi gözləntiləri artır

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi-nin vəzifədən getməzdən əvvəl bu il faiz endirəcəyinə dair traeyder gözləntiləri güclənir.

Forward müqavilələrinə əsasən, treyderlər, AMB-nin bu ilin Oktyabr ayında depozit faizini azaldacağını ehtimal etməyə başlayıblar.

Bundan əvvəl, treyderlər 2019-cu ildə AMB-nin faizləri sabit saxlayacağını, 2020-ci ildə isə 10 bənd artıracağını gözləyirdilər. 

Dünən Avropa Mərkəzi Bankı (ECB) Aprel iclasında faiz nisbətlərində dəyişikliyə getmədi. Bank pul siyasəti faizini sıfırda, depozit faizini mənfi 0.40%-də və marginal maliyyələşmə faizini də 0.25%-də saxladı.  

marja