İran Milli Bankının Bakı filialında Mərkəzi Bankın tələblərinin icrası ilə bağlı işlər aparılır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) faiz fərəcəsi ilə bağlı keçirilən mətbuat konfransında AMB-nin baş direktoru Toğrul Əliyev deyib.
O bildirib ki, Mərkəzi Bank prosesə nəzarət edir: “AMB nəzarət çərçivəsində bu məsələyə yenidən baxacaq. Filialın maliyyə dayanıqlığına təhdid yaradan hər hansı bir amil isə yoxdur”.
AMB-nin sədri Taleh Kazımov isə əlavə edib ki, Filialda bir neçə nöqsan aşkar edilib. Bu nöqsanların da hər birinin icra müddəti var. Bəzən bu bir həftə, bəzən isə bir il ola bilər.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 26.05.2023-cü il tarixində İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Filial kredit və depozit əməliyyatlarını dayandırıb.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!