Azərbaycan Mərkəzi Bankı (AMB) depozit hərracı vasitəsilə cəlb etmək istədiyi vəsaitin həcmini yenidən artırıb.
Bu barədə AMB-yə istinadən xəbər verilir.
Belə ki, qurum sabah keçirəcəyi depozit hərracında 200 mln. manat vəsait cəlb etmək niyyətindədir. Halbuki, bu rəqəm fevralın 27-də keçirilmiş hərracda 150 mln. manat olub. Başqa sözlə, depozit hərracının büdcəsi 33,3% artırılıb.
AMB-nin depozit hədəfinə yenidən baxması son hərracda tələbin təklifdən 31% çox – 196,5 mln. manat olması ilə bağlıdır.
Mənbə: Report.az