Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 250 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 649 mln. manat təşkil edib.
Bu barədə AMB-yə istinadən xəbər verilir.
Hərracda tələb təklifi 2,6 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 250 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 12,01% olub.
Mənbə: Report.az