AMB depozit hərracında 200 mln. manat cəlb edib | Banco.az

AMB depozit hərracında 200 mln. manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

Dekabrın 28-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 915,4 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram