Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) not emissiyasını (50100156S) dövlət qeydiyyatına alıb.
Bu barədə palatadan bildirilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışını nəzərdə tutur.
Qiymətli kağızların tədavül müddəti 28 gündür.
Mənbə: Report.az