AMB bu il depozit hərraclarında 1,27 mlrd. manat cəlb edib | Banco.az

AMB bu il depozit hərraclarında 1,27 mlrd. manat cəlb edib

Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin yanvar-fevral aylarında depozit hərraclarında cəlb etdiyi vəsaitin ümumi həcmi 1 mlrd. manatı keçib. Belə ki, hesabat dövründə AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş 10 depozit hərracında cəmi 1 069,7 mln. manat cəlb edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bu müddətdə cəmi tələb isə 1 467,15 mln. manat təşkil edib. Keçirilmiş 10 hərracdan 9-da tələb təklifi üstələyib. Qeyd edək ki, 200 mln. manat həcmində vəsaitin cəlb edilməsi nəzərdə tutulan sonuncu hərrac bu gün baş tutub və tələbat 218 mln. manat olub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et