AMB: Bir sıra banklar açıq bankçılıqla bağlı ödənişlərə qoşulub | Banco.az

AMB: Bir sıra banklar açıq bankçılıqla bağlı ödənişlərə qoşulub

Azərbaycanda bir sıra banklar açıq bankçılıq üzərindən həyata keçirilən ödənişlərə qoşulub.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov deyib.

Onun sözlərinə görə, artıq bir neçə bankrın mobil tətbiqlərində açıq bankçılıq üzərindən işləyən xidmətlər mövcuddur: "Bu, əsasən, hesab və transaksiya məlumatlarını əhatə edir. Strategiyamızda olan yol xəritəsinə uyğun olaraq bankların sistemə qoşulması davam edir".

AMB rəsmisi bildirib ki, maliyyə institutları qurumun kibertəhlükəsizlik qaydalarına yğunlaşma prosesindədir: "Bildiyiniz kimi kibertəhlükəsizliklə bağlı bizim cari qaydalarımız, yanaşmamız var. Orada sıx əməkdaşlıq edilir və sıx işlər gedir. Qanunvericiliyin təkmilləşdirilməsi sektordan gələn və ümumi maliyyə sektorunda olan çağırışların əsasında üzərində işlənilir".

report