AMB: Bankların rəqabət və inflyasiya gözləntiləri İstehlak kreditlərinə yumşaldıcı təsir göstərib | Banco.az

AMB: Bankların rəqabət və inflyasiya gözləntiləri İstehlak kreditlərinə yumşaldıcı təsir göstərib

İstehlak kreditlərində yumşaldıcı və sərtləşdirici faktorların təsir dərəcəsi son rüblərdə azalıb.

Cari ilin III rübü ərzində istehlak kreditləri üzrə kredit standartlarına 4 faktor təsir etmişdir ki, onların ikisi yumşaldıcı, digər ikisi isə sərtləşdirici təsir göstərib.

Bu barədə  Banco.az Azərbaycan Mərkəzi Bankın keçirdiyi “Kreditləşmə Fəaliyyətinə Dair Sorğunun Nəticələrinə” əsasən xəbər verir.

Bildirilir ki, cari ilin III rübündə digər banklarla rəqabət və inflyasiya gözləntiləri əsas yumşaldıcı faktor, əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər və maliyyələşmə dəyəri isə sərtləşdirici faktorlar olub.

Kreditləşmə fəaliyyətinə dair sorğunun 3-cü rüb üzrə nəticələrinə əsasən əhalinin borclanma səviyyəsində ciddi artım müşahidə edilməyib. Belə ki, respondent bankların 74%-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 26%-i isə orta dərəcədə artım olduğunu bildirib. Əhalinin borclanma səviyyəsinə görə uzunmüddətli diffuziya indeksi üzrə son 4 rübdə azalma tempi müşahidə edilsə də, indeks müsbət zonada qalmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram