Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında ölkəyə göndərilən pul baratlarının həcmi 849.9 milyon ABŞ dolları təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 0.2% çoxdur.
Ötən ilin eyni dövründə bu göstərici 848.5 milyon ABŞ dolları təşkil edib.
Qeyd edilib ki, hesabat dövründə ölkədən köçürülən pul baratlarının həcmi isə 11.5% azalaraq 361.4 milyon ABŞ dollarına enib.
Bizi sosial şəbəkələrdən izləyin!!
