"Amazon"un xalis mənfəəti birinci rübdə 229 faiz artıb | Banco.az

"Amazon"un xalis mənfəəti birinci rübdə 229 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Amazon" şirkətinin satışları ilin I rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi "Amazon" yanvar-mart dövrü üzrə balans hesabatını açıqlayıb.

Buna görə, şirkətin bu ilin ilk rübündə satışları ötən ilin eyni dövrünə nəzərən 13 faiz artaraq 143,3 milyard dollara çatıb.

2023-cü ilin birinci rübündə isə şirkətin xalis satışları 127,4 milyard dollar idi.

Bazarda şirkətin 142,5 milyard dollar gəlir əldə edəcəyi gözlənilirdi.

Bulud hesablama xidmətləri göstərən "Amazon Web Services" (AWS) bölməsinin satışları da illik 17 faiz artaraq 25 milyard dollara çatıb.

Şirkətin reklam bölməsinin gəlirləri də ilin birinci rübündə 24 faiz artaraq 11,8 milyard dollar hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

"Amazon"un xalis mənfəəti birinci rübdə təxminən 229 faiz artaraq 10,4 milyard dollara çatıb ki, şirkət ötən ilin eyni dövründə təxminən 3,2 milyard dollar mənfəət açıqlamışdı.

Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti bu ilin ilk rübündə 98 sent təşkil edib. Şirkət ötən ilin eyni dövründə hər səhmə görə 31 sent mənfəət əldə etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram