Müəllif: Tamara Mustafayeva, Banco.az
E-ticarət nəhəngi “Amazon”un gəliri 11 faiz artıb.
Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi “Amazon” da aprel-iyun dövrü üzrə balans hesabatını açıqlayıb.
Hesabatda qeyd olunur ki, sözügedən dövrü cari ilin ikinci rübü kimi qəbul edən şirkətib gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 11 faizə yaxın artaraq 134,4 milyard dollara çatıb. Şirkətin xalis satış həcmi 2022-ci ilin ikinci rübündə 121,2 milyard dollar təşkil edirdi.
Bununla yanaşı, ilin ikinci rübündə “Amazon”un xalis mənfəəti 6,7 milyard dollar hesablanıb. Şirkət ötən ilin eyni dövründə 2 milyard dollar zərər açıqlamışdı.
Şirkətin bir səhm üzrə xalis mənfəəti isə cari ilin ikinci rübündə 65 sent olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkət hər bir səhmə görə 20 sent zərərə uğramışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!