“Amazon”un banisi vəzifəsini tərk edəcəyi tarixi açıqladı | Banco.az

“Amazon”un banisi vəzifəsini tərk edəcəyi tarixi açıqladı

“Amazon” korporasiyasının banisi Ceff Bezos 2021-ci ilin iyulun 5-də şirkətin baş direktor vəzifəsini tərk edəcək və direktorlar şurasının icraçı sədri vəzifəsini tutacaq.

Bu barədə Bezos özü məlumat verib.

“Bu tarixi mənim üçün əhəmiyyətli olduğu üçün seçdik. 27 il öncə, 1994-cü ilin iyulun 5-də “Amazon”u yaratdım”-deyə, o bildirib.

Qeyd olunub ki, onun yerini Endi Cessi tutacaq. Bezos digər layihələrlə yanaşı, xeyriyyəçilik işlərinə daha çox vaxt ayıracaq.

“Forbes” jurnalının məlumatına görə, Bezos hazırda dünyada ən varlı insandır. Onun sərvəti 191 milyard ABŞ dollarıdır.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram