“Amazon”da necə işə düzəlmək olar? | Banco.az

“Amazon”da necə işə düzəlmək olar?

Dünyaca məşhur, nüfuzlu bir şirkətdə işləmək bir çoxumuzun arzusudur. “Business Insider” işaxtaranın transmilli korporasiyanın (“Amazon” timsalında) əməkdaşı olmaq üçün nə etməli olduğu barədə məlumat əldə etdi.

“Amazon” nədir

“Amazon” internet üzərindən mal və xidmətlər satan, çatdıran nəhəng korporasiyadır. Şirkət 1994-cü ildə amerikalı Ceff Bezos tərəfindən onlayn kitab mağazası olaraq təsis edilib. İndi şirkətdən ərzaqdan tutmuş elektronikaya qədər 34 kateqoriyada məhsul ala bilərsiniz. “Amazon”da 650 min insan çalışır və filialları 12 ölkədə fəaliyyət göstərir.

“Amazon”un gələcək işçisinin əsas xüsusiyyəti

ABŞ-dakı “Amazon Career Day” zamanı şirkət əməkdaşlarının inkişafı üzrə vitse-prezident Ardin Uilliams insan resursları menecerlərinin işçiləri işə götürərkən nələrə diqqət yetirdikləri barədə danışdı.

“Mən sizə rəhbərlik prinsipləri haqqında düşünməyi tövsiyə edərdim, onlar, həqiqətən, şirkətimizin təməlində dayanır”, — Ardin Uilliams qeyd edib. Uilliams həmçinin onu da əlavə edib ki, müsahibədən əvvəl liderlik keyfiyyətlərinizi necə nümayiş etdirdiyinizlə bağlı bir neçə əhvalatı xatırlamaq yaxşı olardı.

Liderlik prinsipləri kontekstində gördüyünüz işləri xarakterizə edən hansı hadisələrdən bəhs edə bilərsiniz?

Həmçinin oxu: Google və Amazon ideal CV-nin sirlərini AÇIQLADI

Ən sərfəli kredit üçün müraciət et

Müsahibədə uğur qazanmaq üçün namizəd başqa necə olmalıdır

“Amazon” şirkətinin insan resursları üzrə vitse-prezidentinin sözlərinə görə, işaxtaran nəhəng bir şirkətdə vakant vəzifəyə layiq görülmək üçün bir sıra keyfiyyətlərə sahib olmalıdır.

· ən yaxşı nəticəyə səy göstərmək;

· öyrənmək istəyi və sağlam maraq;

· rəqiblərin fəaliyyətinə maraq;

· “istehlakçılara düşkünlük”.

Ardin Uilliams öz sahəsinə dair bütün səviyyələrdə biliklərə malik namizədin qiymətləndirildiyini bildirdi: “Bütün səviyyələrdə liderlərin lazımi kriteriyalara sahib olmasını və işə can yandırmağa hazır olmalarını gözləyirik”.

Uilliams iş görüşündə lətifə və ya gündəlik həyatdan gülməli əhvalat danışmağı da təklif edirmiş.

Artıq transmilli şirkətlərlə müsahibədə hansı tip işaxtaranların müvəffəqiyyət qazandığını bilirsiniz. Sizə yalnız cəsarətli olmaq və CV göndərmək qalır.

Həmçinin oxu: Google və Amazon ideal CV-nin sirlərini AÇIQLADI

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et