“Amazon” öz uğurunun sirrini açıqladı | Banco.az

“Amazon” öz uğurunun sirrini açıqladı

“Amazon” gələcək layihələrinin populyarlığını yoxlayan gizli bir testi açıqlayıb. Onlayn pərakəndə satış və texnologiya istehsalçısı olan “Amazon” gələcək inkişafı üçün fikirlərini necə seçdiyini söylədi. “Business Insider” yazır ki, proqram kodunu yazmaqdan əvvəl şirkət gələcək məhsul haqqında press-reliz hazırlayır.

“Amazon” ən son texnologiyalarının hazırlanma mərhələsində press-reliz testi tətbiq edib. Bunlar sentyabrın axırında təqdim olunmuş “ağıllı” səsgücləndiricilər — Echo Studio və qulaqlıqlar — Echo Buds idi. “Saxta” press-reliz gələcək layihəni, bu layihənin həll edə biləcəyi problemləri xarakterizə edir.

Həmçinin oxu: Reklamlarda emosiya və manipulyasiyalardan necə istifadə olunur?

Ən sərfəli kredit üçün müraciət et

“Biz işə əks istiqamətdə başlayırıq, yəni press-relizdən. Bu sənəd ona görə lazımdır ki, baxanda özümüzü müştərinin yerinə qoya bilək. Və təxmin edək, müştəri təqdim olunan məhsulun press-relizini görüb “vay, mən bunu istəyirəm!” kimi reaksiya verərdimi. Press-relizin başlıca məqsədi budur”, — şirkətin Alexa və Echo cihazları üzrə vitse-prezidenti Miriam Daniel açıqlayıb.

Əvvəldən yazılmış press-reliz inkişaf komandasına imkan verir ki, gələcək məhsulun əsas ssenarisinə fokuslana bilsinlər. Şirkətdə press-reliz sınağını keçməyən yeni fikirlər reallaşdırılmır.

Həmçinin oxu: “Amazon” işdən çıxmaq istəyən əməkdaşlara 5000 dollar verir

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et