Tamara Mustafayeva, Banco.az
"Amazon" şirkəti əməkdaşlarının həftənin neçə günü ofisə gəlməsi ilə bağlı qərarı komanda üzvlərinin öhdəsinə buraxacaqlarını açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, e-ticarət nəhəngi "Amazon"un CEO-su Andy Jassy şirkət işçilərinə mail göndərərək onlara yeni qərarı bildirib. Şirkətin məsafədən iş rejimi ilə əlaqədar əvvəlki qərarına görə isə işçilərin 3 yanvar tarixindən etibarən həftədə ən az 3 gün olmaqla ofisdə işləməyə davam etməsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, "Amazon"un bloqunda yayımlanan bir mesajda isə Jassy şirkətin korporativ əməkdaşlarının ildə dörd həftəyə qədər işlədikləri ölkədə hər hansı bir məkandan tamamilə məsafədən işləyə biləcəklərini də açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!