Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Amazon” korporasiyasının bulud bölməsi olan “Amazon Web Services” (AWS) Meksikada infrastrukturunun inkişafına 5 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
Banco.az xəbər verir ki, yeni layihənin bir hissəsi kimi, AWS Latın Amerikası ölkəsində nəinki məlumat mərkəzləri tikəcək, həm də bulud və digər yüksək texnologiyalarla məşğul olan yerli tərtibatçıları və təhsil müəssisələrini dəstəkləyəcək 300 min ABŞ dolları dəyərində fond işə salacaq.
Qeyd olunur ki, 15 illik yeni layihə Meksikada təxminən 7 min yeni iş yeri yaradacaq və ölkənin ÜDM-ni əlavə olaraq 10 milyard dollar artıracaq. Amerika qitəsində ümumi AWS infrastrukturunun bir hissəsinə çevriləcək tikinti və təmir, mühəndislik xidmətləri, telekommunikasiya və texnologiya obyektləri kimi sənaye sahələrində yeni iş yerləri yaradılacaq.