Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Amazon” şirkəti Fransada süni intellekt sahəsində logistika infrastrukturuna və inkişafına 1,2 milyard avro (1,3 milyard dollar) sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki, vəsait Paris bölgəsindəki “Amazon Web Services” bulud infrastrukturunun genişləndirilməsinə yönəldiləcək və bu ölkənin generativ AI bazarına dəstək verəcəkdir. İnvestisiyalar tədarükü daha sürətli və davamlı etmək üçün Auvergne Rhone Alp bölgəsindəki logistika infrastrukturun maliyyələşdirilməsinə də yönəldiləcəkdir.
Məlumata görə, bu, 3 min iş yerinin yaradılmasına imkan verəcək.
Qeyd edək ki, “Amazon”un səhm qiymətləri bazar ertəsi ilkin hərraclarda 0,2% artıb. Son 3 ayda şirkətin bazar dəyəri təxminən 9% (1,95 trilyon dollara qədər) artıb. Nasdaq Composite indeksi bu müddət ərzində 2,2% əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!