Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Amazon” şirkəti növbəti beş il ərzində Böyük Britaniyaya 8 milyard funt sterlinq (10,5 milyard dollar) sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə hökumətin saytında məlumat yerləşdirilib.
Məlumata görə, şirkətin “Amazon Web Services” (AWS) bölməsi bu vəsaitləri bulud infrastrukturuna və süni intellekt sahəsində inkişafa yatıracaq.
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs bunun ölkədə 14 minə yaxın iş yeri yaradacağını bildirib.
"İqtisadiyyatımızın üzləşdiyi problemlərin miqyası ilə bağlı heç bir illüziyam yoxdur və mən Britaniya xalqı ilə dürüst olacağam ki, dəyişiklik bir gecədə baş verməyəcək" , - o qeyd edib.
AWS investisiyasının 2024-2028-ci illər arasında Böyük Britaniyanın ÜDM-ni 14 milyard funt sterlinq artıracağını gözləyir.
Qeyd edək ki, bu ilin əvvəlindən “Amazon”un kapitallaşması 18,2% artaraq 1,88 trilyon dollara çatıb.