Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Amazon” şirkəti Kanadanın Kvebek əyalətindəki bütün yeddi anbarını bağlamağı, həmçinin daimi və müvəqqəti işçilərinin sayını təxminən 1,9 min nəfər azaltmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə şirkətin sözçüsü Barbara Aqrayt bildirib.
“Kvebekdəki əməliyyatlarımızın nəticələrinə əsasən, biz 2020-ci ildən əvvəl işlədiyimiz kimi, üçüncü tərəf çatdırılmasına qayıtmaq qərarına gəldik”, - deyə o qeyd edib.
Bildirilib ki, şirkət təsirə məruz qalan işçilərə 14 həftə müddətinə qədər maaş verəcək.
“Amazon” Kanadanın digər bölgələrindəki anbarlarını bağlamaq niyyətində deyil.
Qeyd edək ki, son üç ayda şirkətin kapitallaşması 27% artaraq 2,43 trilyon dollara çatıb.