Müəllif: Tamara Mustafayeva, Banco.az
"Amazon" minlərlə məhsula böyük endirimlər təqdim etdiyi "Prime Day" tədbirinin ilk günündə şirkət tarixinin satış rekordunu qırıb.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Amazon" minlərlə məhsula böyük həcmli endirimlər təqdim etdiyi "Prime Day" tədbirinin ilk günündə şirkət tarixində satış rekordu qıraraq 7,2 milyard dollarlıq satış həcminə çatıb.
"Adobe Analytics"in məlumatlarına görə, "Amazon Prime Day" tədbirinin ilk günündə ABŞ-da istehlak xərcləri illik müqayisədə 11,7 faiz artıb. Çərşənbə axşamı, yəni "Prime Day" tədbirinin ilk günü ABŞ-da ilin ən böyük e-ticarət satış günü olduğu bildirilib. Həmçinin istehlakçıların mobil cihazlarından 3,5 milyard dollar xərclədiyi ilin ən böyük mobil alış-veriş günü olub.
Texnologiya nəhəngi bu il cari həftə ərzində ABŞ-ın bir çox bölgəsində "Prime Day" tədbirini keçirir.
“Adobe Report”un məlumatına görə, istehlakçılar eyni tədbirin 2023-cü ildə keçirilən ilk günündə 6,4 milyard dollar xərcləmişdilər.
"Adobe Analytics" hesabatlarına görə, iki günlük tədbir zamanı onlayn xərclər illik 10,5 faiz artaraq 14 milyard dollarla rekord səviyyəyə çatacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!