“Amazon” 1,3 milyard dollara Avstraliya ordusu və kəşfiyyatı üçün üç məlumat mərkəzi tikəcək | Banco.az

“Amazon” 1,3 milyard dollara Avstraliya ordusu və kəşfiyyatı üçün üç məlumat mərkəzi tikəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Avstraliya hökuməti Amerikanın “Amazon” şirkəti ilə hərbi və kəşfiyyat üçün üç məlumat emalı mərkəzinin (DPC) tikintisi ilə bağlı müqavilə bağlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumatda müqavilənin müddətinin 10 il və dəyərinin 2 milyard Avstraliya dollarından (1,3 milyard dollar) az olmadığı qeyd olunub.

Avstraliyanın müdafiə naziri Riçard Marles anlaşmanın ölkənin silahlı qüvvələrinin dayanıqlığını, qabiliyyətini və gücünü əhəmiyyətli dərəcədə artıraraq onları daha müasir hala gətirəcəyini deyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et