"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək | Banco.az

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Amazfit” bu ilin əvvəlində təqdim edilən aktiv istifadəçilər və idmançılar üçün nəzərdə tutulmuş yeni smart üzüyü “Helio Ring”in mayın 15-dən etibarən satışa çıxarılacağını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-da cihazın qiyməti 300 dollar təşkil edəcək. Alıcılara üzüyü ayrılıqda və ya dəst şəklində smart saatla birlikdə almaq imkanı təklif olunacaq. Dəst kimi üzüyün qiyməti 150 ​​dollara başa gələcək.

Məlumata görə, ilkin olaraq üzüklərin ölçüləri məhdud sayda buraxılacaq, lakin gələcəkdə çeşidin  genişləndirilməsi planlaşdırılır. ABŞ-da satışa çıxarıldıqdan sonra cihazın digər beynəlxalq ticarət platformalarında da satılacağı nəzərdə tutulur.

Cihazın markanın “Amazfit Cheetah Pro” və ya “Amazfit T-Rex Ultra” kimi ağıllı saatları ilə birlikdə daha effektiv şəkildə işləyəcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Helio Ring”in iyul ayında bazara çıxacaq “Samsung Galaxy Ring” ilə rəqabət aparacağı gözlənilir. “Samsung”un marka olaraq tanınmasını və marketinq resurslarını nəzərə alsaq, “Galaxy Ring” ağıllı üzük bazarında lider ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et