Altı ayda ölkədə 2 mindən çox minik avtomobili istehsal edilib | Banco.az

Altı ayda ölkədə 2 mindən çox minik avtomobili istehsal edilib

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 2032 ədəd minik avtomobili, 276 ədəd isə yük avtomobili istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 16.5%, yük avtomobili istehsalı isə 68.3% artıb.

    Qeyd edək ki, cari ilin iyul ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 516 ədəd minik, 65 ədəd isə yük avtomobili təşkil edib.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram