“Alternativ enerji strategiyasının beynəlxalq səviyyədə dəstəklənməsinə ehtiyac var” | Banco.az

“Alternativ enerji strategiyasının beynəlxalq səviyyədə dəstəklənməsinə ehtiyac var”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“COP 29 Azərbaycana bir çox istiqamətlərdə müsbət təsirlər ilə yanaşı, eyni zamanda ölkənin  imicinin yüksəldilməsinə xidmət edən bir tədbir olacaq”. 

Bunu Banco.az-a iqtisadçı Eldəniz Əmirov deyib. O hesab edir ki,  Azərbaycan hazırda alternativ enerji strategiyasının  beynəlxalq səviyyəli dəstəklənməyə ehtiyacı var:

“Bizim neft  və qaz strategiyamız məhz beynəlxalq dəstəyin nəticəsi olaraq daha geniş miqyaslı uğur qazanıb. Enerji strategiyasının qurulması üçün  Azərbaycan həm Avropa, həm Asiya, həm digər istiqamətlər üzrə alternativ enerji strategiyasını həyata keçirmək üçün beynəlxalq səviyyədə dəstəyə ehtiyac var. 
Bu tədbir ölkədə sahibkarlığın inkişafına da müsbət təsir edəcəkdir. Xüsusilə turizm sahəsinə ciddi faydası proqnozlaşdırılır. Tədbir çərçivəsində ölkəyə təqribən  80 mindən çox insanın gəlməsi nəzərdə tutulur. Həmin ziyarətçilərdən 10 faizi belə geri dönüş edərsə, bunun iqtisadiyyata qatdığı qatqı çox olacaqdır”.
Eldəniz Əmirov vurğulayıb ki, COP 29 çərçivəsində icra edilən layihələr üçün güzəştli kreditlərin verilməsinə başlanılacaq:
“Artıq bununla bağlı dövlət mexanizm hazırlayıb təsdiqləyib. Bu da maliyyə əlçatanlığının təmin olunmasında müstəsna əhəmiyyət daşıyacaq.
Azərbaycanda keçiriləcək bu tədbir, eyni zamanda da dünyaya nümunə olacaq. Ənənəvi enerji ölkəsinin alternativ enerjiyə bu qədər önəm verməsi dünyada ilklərdəndən sayılır.  Ümumiyyətlə, Azərbaycan neft ölkələrinə örnək davranış sərgiləyir”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et