Qlobal Maliyyə Şirkəti və ən nəhəng alman Bankı Deutsche Bank öz biznesini kiçiltmək və sadələşdirmək niyyəti ilə bağlı açıqlama verib. Reuters, xəbər verir ki, maliyyə hədəflərinə nail olmama və normativlərlə bağlı problemlər səbəbindən, Alman Bankı öz biznesinin pərakəndə bankçılıq seqmentinin satışı, investisiya biznesinin kiçildilməsi və kompaniyanın fəaliyyətdə olduğu 70 ölkədən 7-də öz işini dayandırması ilə bağlı məlumat verib
Bununla yanaşı bank sektorunun nəhəngi rəqəmsal texnologiyaların inkişafına, o cümlədən fərdi və kommersiya müştərilərin xidmət göstərilməsində omni-kanal yanaşmasının tətbiqinə 200-500 mln avro xərcləməyi düşünür.
“ Bank yaxın 3-5 il ərzində rəqəmsal texnologiyalar 1 milyard avro investisiya etməyi planlaşdırır, bu isə mənfəət qazanmaq üçün yeni yollar əldə etməyə imkan verəcək və proseslərin avtomatlaşdırılması sayəsində bank platformamızın məhsuldarlığını artıracaq” – bankda bildiriblər.